Dad dan salıb ağızları dadları
Şirinləri acılara qatanlar ...
Kül tökürlər yazıqların başına
Gül yazırlar indi yazı yazanlar ...
Qoca bağrı çatlamasın neyləsən
Yamanlaşıb əjdahalar ilanlar ...
Rəng dəyişib min cildə düşüblər
Quranı nizə başına vuranlar
Nəmrudun fironun uzun ağardıb
Allah nan indi cəngə çıxanlar ...
Vərgan vurub axar suyun ağzına
Yol kəsənlər oğrular qan salanlar ...
Gülümsünür cinayətə millətə
Duzu yeyib duz qabı sındıranlar
... aydin qoca
|